Rektorun qızını döyən qardaşlar vəkillərindən imtina etdi

30 Mart 2015 15:00 (UTC+04:00)

Azvision.az-ın məlumatına görə, qardaşlar vəkilləri Pərviz Zamanlı və Cavid Alıyev ilə əməkdaşlığa artıq son veriblər.

Məmmədov qardaşları vəkillərinin fəaliyyətindən narazı olduqları üçün bu addımı atıblar.


Qeyd edək ki, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanı döyməkdə təqsirləndirilən Zaur Məmmədov barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, Ülkər İsayevanın döyülməsi ilə bağlı yayılan video böyük əsk-səda doğurmuşdu. H.İsaxanlı mətbuata açıqlamasında qızının döyülməsi xəbərini təkzib edərək videoda görünən xanımın qızı olmadığını bildirib.