Ronaldo zədələndi

8 Oktyabr 2012 17:39 (UTC+04:00)

DÇ-2014-ün seçmə mərhələsində millimizlə eyni qrupda yer alan Portuqaliya yığması ciddi itki ilə üzləşə bilər. AzNews.az Fanat.az-a istinadən xəbər verir ki, portuqaliyalılar qarşıdakı oyunlarda Kriştiano Ronaldonun xidmətindən məhrum olmaq təhlükəsi ilə üzləşib.

Belə ki, Ronaldo dünən keçirilən "El Klasiko"da zədə alıb. "Barselona"nın qapısına iki qol vuran futbolçunun durumuna həkim müayinəsindən sonra aydınlıq gələcək.
Nəticədən aslı olaraq Ronaldonun oktyabrın 12-də Rusiya, 4 gün sonra isə Şimali İrlandiya ilə oynayıb-oynamayacağı müəyyənləşəcək.

Elman Bakuvi
AzNews.az