Oğlu həbs edilən icra başçısının müavini danışdı

30 Mart 2015 15:42 (UTC+04:00)


O, AZNEWS.AZ-a açıqlamasında bu hadisənin martın 23-də olduğunu deyib.

"Oğlum idarə etdiyi avtomobildə içkili vəziyyətdə olub. Buna görə də qanunvericiliyə uyğun olaraq cəzalandırılıb. Burada qeyri-adi heç nə yoxdur. Həbsdən azad edilib, hazırda evdədir", - deyə Allahverdi Səfərov vurğulayıb.

Qeyd edək ki, Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərovun oğlu Ceyhun Səfərov polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb. Sükan arxasında içkili vəziyyətdə olan C.Səfərova Zərdab rayon Məhkəməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib və cəza müddəti başa çatdıqdan sonra azad edilib.

Lalə
AzNews.az