Bakıda şirkətin ofisinə basqın - külli miqdarda pul aparıldı

30 Mart 2015 17:23 (UTC+04:00)


Lent.az-ın məlumatına görə, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon, Kənar Dairəvi yol 116 ünvanında – "Ramse" MMC-nin ofisində baş verib. Naməlum şəxs və ya şəxslər ofisin pəncərəsini qıraraq otaqlara daxil olublar. Otaqlardan birində yerləşdirilmiş seyfdən ümumilikdə 68 min 500 manat pulu götürən şəxslər aradan çıxıblar.

Hazırda fakt üzrə zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.