Uzunqulaqlar korrupsiyaya qarşı çıxdı

30 Mart 2015 23:51 (UTC+04:00)


Keniyada korrupsiyaya qarşı keçirilən aksiyada maraqlı olay yaşanıb.
AzNews.az xəbər verir ki, 5 rənglənmiş uzunqulaq fəalların köməyilə Nayrobi küçələrinə çıxarılıb.
Bu görüntü şəhər sakinlərinin marağına səbəb olub. Uzunqulaqlar "Korrupsiya Keniyanın bütün qanını sorur" şüarı ilə bir çox küçələri gəzməli olublar.
Ötən həftənin sonunda ölkə prezidenti Uxuru Keniatta Nazirlər Kabinetinin 4 katibini korrupsiya ittihamı ilə işdən uzaqlaşdırıb.
BBC-nin rus xidməti yazır ki, 5-ci katib isə könüllü olaraq öz vəzifəsini tərk edib.
Qeyd edək ki, 2013-cü ildə də Keniya paytaxtında donuzlar depatatların gəlirlərinə qarşı keçirilən aksiyaya "qoşulmuşdular".