“Wikileaks”-dən daha bir ittiham

8 Oktyabr 2012 18:47 (UTC+04:00)
"Wikileaks" saytının qurucusu Culian Assanc Avstraliyanın Baş nazirini böhtan atmaqda ittiham edəcəyini bildirib. Assancın sözlərinə görə, Avstraliyanın Baş naziri Culiya Gillard 2010-cu ildə sözügedən saytda yer alan məlumatların "qeyri-qanuni" və "tam məsuliyyətsiz" olduğunu deməsi, bu layihənin böyük maliyyə itkisi ilə üzləşməsinə səbəb olub. Bundan əlavə, Assanc Avstraliya vətəndaşı olsa da, bu hökuməti qeyri-səmimi adlandırıb.

Qeyd edək ki, Culian Assanc "Wikileaks" saytını 2006-cı ildə qurmuş və ölkələrarası gizli danışıqları deşifrə etmişdir.

AzNews.az