Çelentano yenidən səhnədə

8 Oktyabr 2012 19:30 (UTC+04:00)
Məşhur italiyalı aktyor və müğənni Adriano Çelentano təxminən 10 illik fasilədən sonra bu gün yenidən səhnəyə çıxır. 168.az xarici mətbuata istinadən xəbər verir ki, müğənninin konserti Veronadakı "Arena" səhnəsində baş tutacaq.

Ümumilikdə Çelentanonun oktyabrın 8 və 9-da iki konserti planlaşdırılır. Bütün detallar hələ ki, gizli saxlanılır. Aktyorun həyat yoldaşı, eyni zamanda prodüseri olan Klaudia Mori bildirib ki, Çelentanonun Canni Morandilə dueti də olacaq.

Konsertin canlı yayım hüququ isə dövlət televiziyası RAİ telekanalına deyil, Berluskonin mediaşirkəti sayılan Canale 5-ə verilib. 12 minlik tutumu olan "Arena"dakı konsertə biletlər isə artıq çoxdan satılıb.

AzNews.az