31 mart soyqırımı anıldı - Qaradağda (FOTO)

31 Mart 2015 15:27 (UTC+04:00)


AzNews.az xəbər verir ki, tədbir iştirakçıları erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım qurbanlarını yad ediblər.

Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov, Şura üzvləri və rayon ictimaiyyəti iştirak edib. Qaradağ Rayon İcra Hakimiyyəti başçısı S. Mikayılov və Şura üzvləri abidə önünə əklil və gül dəstələri qoyublar. Daha sonra rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, ardıcıl olaraq mərasimə toplanmış ictimaiyyət nümayəndələri soyqırım qurbanlarının əziz xatirəsini yad edərək abidə önünə gül dəstələri qoymaqla öz dərin ehtiramlarını bildiriblər.