Məşhur futbolçu baş nazirin müavini oldu

8 Oktyabr 2012 19:43 (UTC+04:00)


Parlament seçkisində qələbə qazanan "Gürcü arzusu" blokunun rəhbəri, yeni baş nazir Bidzina İvanişvili özünə müavin təyin edib.

AzNews.az-ın gürcü mətbuatna istinadən verdiyi məlumata görə, futbol üzrə Gürcüstan milli komandasının sabiq üzvü, uzun illər İtaliyanın "Milan" klubunda oynayan Kaxa Kaladze ölkənin baş nazirinin müavini postuna təsdiqlənib.

Kaladze bundan sonra millət vəkili kimi də fəaliyyət göstərməklə yanası, Gürcüstanın regional inkişaf naziri vəzifəsini də icra edəcək.

Ədil
AzNews.az