Dünyanın ən yaşlı qadını öldü

1 Aprel 2015 10:06 (UTC+04:00)

AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Kyodo agentliyi yayıb.

Mart ayının 5-də 117 yaşını qeyd edən Misao özünü ən xoşbəxt insan hesab etdiyini demişdi.

O, uzun ömür sürməyin sirrini də belə açıqlamışdı: "Hər gün 8 saat yatıram və daimi olaraq suşi yeyirəm".

Qeyd edək ki, Misao Okava 1898-ci ildə anadan olub. Bir dəfə ərdə olan qadın 1931-ci ildə dul qalıb. Onun həmyerlisi Dziroemon Kimura öldükdən sonra o, 2013-cü ildə dünyanın ən yaşlı qadını hesab edilib.

İndi onun ölümündən sonra bu yer ABŞ-ın Arkanzas ştatında yaşayan 116 yaşlı Qertruda Uiverə nəsib olub.