Türkiyədə partiya binasına basqın – FOTOLAR + VİDEO

1 Aprel 2015 14:38 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Haberler" saytı yayıb.

Məlumatda deyilir ki, silahlı şəxs binaya hücum edib. O, 7 mərtəbəli binadakıları çölə çıxararaq ən üst qatdakı iki pəncərənin şüşəsini qırıb və eyvandan türk bayrağı asıb.

Hadisə yerinə cəlb edilən polis ətrafı mühasirəyə alıb.


Həmin şəxsin hazırda saxlanıldığı və polis bölməsinə aparıldığı bildirilir.