“Biabırçılıq oldu” - Elşad Xosedən narkotik açıqlaması

1 Aprel 2015 14:48 (UTC+04:00)
O, AzNews.az-a bildirib ki, bu, onun üçün hazırlanan 1 aprel zarafatıdır:
"Biabırçılıq oldu, guya mənə 1 aprel zarafatı hazırlayıblar. Artıq telefonla zəng edərək məni bezdiriblər".

Qeyd edək ki, sivil.az-ın yaydığı xəbəri Səbail rayon polis idarəsinin 39-cu polis bölməsinin rəisi Urxan Şirinov təsdiqləmişdi. Onun sözlərinə görə, ötən gecə Dado ləqəbli reper Səid Əliyev ictimai asayişi pozduğuna görə, saxlanılıb. Elşad Xose isə Dado ilə dost olduğuna görə bölməyə gəlib.

Rəis hazırda faktın araşdırıldığını deyib.

AzNews.az