Mahaçqalada iki partlayış baş verib

9 Oktyabr 2012 04:33 (UTC+04:00)
Dağıstanın Mahaçqala şəhərində oktyabrın 9-u səhər saatlarında iki partlayış baş verib. Partlayışın yerli vaxtla səhər saat 07.00 radələrində baş verdiyi bildirilir.

İTAR-TASS-ın məlumatına görə, hadisə yerinə çox sayda patrul maşınları göndərilib. Hadisənin detalları barədə ətraflı məlumat verilmir.

Elnarə Əlosmanqızı
AzNews.az