“Bəxtiyar idman yarışlarının qaydalarını pozub” – Baş məşqçi

1 Aprel 2015 16:31 (UTC+04:00)

Bunu Sambo üzrə Azərbaycan yığmasının baş məşqçisi Yaqub Abdullayev AzNews.az-a açıqlamasında deyib. O, Bəxtiyar Abbasovun adının artıq yarışın 90 kq çəki dərəcəsində yer alan qaliblərin siyahısından çıxarıldığını bildirib: "Medal artıq əlindən alınıb. 1 ildən 3 ilə qədər də yarışlara buraxılmama ehtimalı var. Bu qərar etik normalara zidd hərəkət etdiyi və idman yarşılarının qaydalarını pozduğu üçün verilib. Biz də Olimpiya Komitəsinin şərtlərinə əməl etməliyik. İdmançı yarışa çıxmaya bilər, amma hansısa ölkənin himni səslənən zaman hörmətsizlik etməsi düzgün addım deyil".

Y.Abdullayev qərarın artıq verildiyini, bu barədə Azərbaycan Sambo Federasiyasına da məktub göndəriləcəyini bildirib.



Nigar