Hacıbala Abutalıbov yeni qurum yaratdı

9 Oktyabr 2012 04:38 (UTC+04:00)
Bakı Şəhər İcra Hakimiyyətində məktəbəqədər təhsil müəssisələri ilə bağlı qurum yaradılıb. Belə ki, bundan sonra uşaq bağçaları ilə bağlı məsələlərə meriyada yaradılan məktəbəqədər təhsil müəssisələri və uşaq evləri idarəsi rəhbərlik edəcək. Bundan əvvəl isə meriyada uşaq bağçaları ilə bağlı məsələlərə xüsusi komissiya nəzarət edib.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev 2011-ci il dekabrın 27-də körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin inkişafı ilə bağlı tədbirlər barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən Təhsil Nazirliyinin tabeliyində olan körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri yerli icra hakimiyyəti orqanlarının (Bakı şəhəri üzrə Bakı Şəhər İcra Hakimiyyətinin, Gəncə şəhəri üzrə Gəncə Şəhər İcra Hakimiyyətinin) tabeliyinə verilib.

Elnarə Əlosmanqızı
AzNews.az