Teymur Rəcəbovu Maykl Adams əvəz edəcək - “Shamkir Chess 2015”də

1 Aprel 2015 17:17 (UTC+04:00)

AZNEWS.AZ AzərTAc-a istinadən xəbər verir ki, Azərbaycanın məşhur şahmatçısı Teymur Rəcəbov səhhəti ilə əlaqədar super turnirdə iştirak edə bilməyəcək.

"Shamkir Chess 2015"də mübarizə aparacaq 10-cu şahmatçı İngiltərə təmsilçisi Maykl Adams (FİDE reytinqi 2746) olacaq.


"Synergy Group" ASC-nin təşkilatçılığı və sponsorluğu ilə təşkil olunacaq super turnirdə hazırkı dünya çempionu Maqnus Karlsen, sabiq dünya çempionları Vişvanatan Anand, Vladimir Kramnik, eləcə də Fabiano Karuana, Aniş Giri, Uesli So, Maksim Vaşye-Laqrav, Şəhriyar Məmmədyarov və Rauf Məmmədov iştirak edəcəklər.