Sadıq Sadıqovun oğlu da “Neftçi“dən getdi

1 Aprel 2015 20:09 (UTC+04:00)
"Qafqazinfo" xəbər verir ki, klubun sabiq prezidenti Sadıq Sadıqovun oğlu İbrahim Sadıqlı klubdakı departament rəhbəri vəzifəsindən ayrılıb. Sadıqlı bununla bağlı şəxsi "facebook" hesabında məlumat verib:

"Bu gün öz istəyimlə "Neftçi"də işdən ayrıldım. Güloğlan Cabbarov, Mübariz Xudiyev, Gündüz Abbaszadə, Elnur Əşrəfoğlu kimi qardaşlarla 4 il bir yerdə xeyli uğur qazandıq. Qardaşlar, Allah sizdən razı olsun, haqqınızı halal edin. Mənim nəsə haqqım varsa, halal olsun. Bundan sonra "Neftçi" klubuna ən böyük uğurları arzulayıram. Ən böyük "Neftçi".