“Ayağımız düşərli oldu“ - Çingiz Abdullayev

1 Aprel 2015 21:12 (UTC+04:00)

"Bakcell Arena"da baş tutan oyundan sonra "Neftçi"nin Müşahidə Şurasının rəhbəri Çingiz Abdullayev açıqlama verib:

"Ayağımız düşərli oldu, qalib gəldik. Strukturda dəyişiklik olacağını deyə bilərəm. Amma indidən nəsə demək düzgün olmaz. Bir aydan sonra hər şey bəlli olacaq. Proqramda nə olacağını sizlər biləcəksiniz. Əminəm ki, ayın 14-də kubok oyununda da qalib gələcəyik".