Polis İdarəsinə silahlı hücum: 1 ölü, 2 yaralı

2 Aprel 2015 00:06 (UTC+04:00)
Binaya girməyə çalışan iki təcavüzkarla polis arasında atışma olub. Nəticədə 2 polis yaralanıb.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı İHA agentliyi yayıb.
Məlumata görə, hücum zamanı terrorçulardan biri öldürülüb.
Üzərində bomba olan qadın terrorçunun vurularaq öldüyü açıqlanıb. Onun adının Əlif Sultan Kalsen olduğu müəyyənləşib.
Ölən terrorçunun üzərindən üç bomba tapılıb. Bombalar mütəxəssislər tərəfindən partladılaraq zərərsizləşdirilib.
Digər təcavüzkarın yaxalanması üçün axtarışlara başlanılıb.