İsmayıllıda ev yandı

2 Aprel 2015 09:02 (UTC+04:00)


AZNEWS.AZ FHN-in saytına istinadən xəbər verir ki, hadisə rayonun Ruşan kəndində qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus ümumi sahəsi 121 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin bir otağının tavanı 1 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.