Aİ-dən Krım Tatar televiziyasının bağlanmasına reaksiya

2 Aprel 2015 09:18 (UTC+04:00)


Avropa İttifaqının rəsmi nümayəndəsi Federika Mogherini verdiyi açıqlamada Krım Tatar televiziyasının əməkdaşlarına edilən hücumlardan sonra bağlanmasını pisləyib: "Bu, Rusiyada ifadə azadlığının pozulmasının bariz bir nümunəsidir. Krım tatarlarının hədəfə alınması yolverilməzdir. Krım Tatar televiziyanın yayımının dərhal bərpa edilməsi və bölgədə yaşayan insanların hüquq və azadlıqlarının qorunmasını istəyirik".

Qeyd edək ki, 2006-cı ildən etibarən fəaliyyətə başlayan ATR televiziyası türk, rus və Ukrayna dilində yayımlanır.

Krımın ötən il Rusiya tərəfindən ilhaqından sonra bu televiziyanın yayım hüququnun alınması üçün dəfələrlə müraciət edilsə də müsbət nəticə əldə edilməyib. Əksinə televiziyanın yayımı dünən tamamilə dayandırılıb.