“Fəhlələr maaşlarını vaxtında alır” - Aksiya xəbərinə reaksiya

2 Aprel 2015 17:30 (UTC+04:00)
İcra Hakimiyyətindən AzNews.az-a verilən məlumata görə, hadisə məişət zəminində baş verib. Fəhlələr yemək növbəsinə dayanan zaman aralarında mübahisə baş verib.

İH-dən bildirilib ki, maaşların bir neçə aydır verilməməsi ilə bağlı məlumatlar əsassızdır və fəhlələr maaşlarını hər ay vaxtında alırlar.

Qeyd edək ki, bəzi KİV-lərdə bu gün "İLK İnşaat" tikinti şirkətində fəhlələrin etiraz aksiyası keçirməsi ilə bağlı məlumat yayılmışdı.

Məlumata deyilirdi ki, fəhlələr bir neçə aydır maaş ala bilmədiklərindən narazılıq ediblər.