Azarkeş meydana lent atdı və tutuldu - Bakıda

3 Aprel 2015 09:15 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, "Bakcell Arena"da "Qarabağ" - "İnter" komandaları arasında baş tutan oyunda "Qarabağ"ın fan klub üzvlərindən biri polis bölməsinə aparılıb.

Azarkeşin bölməyə aparılmasına onun matç başlayandan sonra meydana lent atması səbəb olub.

Qeyd edək ki, həmin oyun qolsuz bərabərliklə sona çatıb.