Dövlət Departamenti Qarabağla bağlı rəsmi bəyanat yaydı – 14 il öncə

3 Aprel 2015 09:28 (UTC+04:00)


Tarixdə bu gün aprelin 3-də ABŞ-ın Florida ştatının Ki Vest şəhərində Azərbaycan-Ermənistan danışıqları öncəsi Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı rəsmi bəyanat yayıb. Sənəddə ilk dəfə olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı qeyd olunub. Ki Vest sammiti ABŞ dövlət katibi Kolin Pauellin təşəbbüsü ilə keçirilib.

628 - Şimali Azərbaycan torpaqları (Albaniya) uğrunda uzun müharibə aparan Sasani və Bizans imperatorluqları arasında sülh bağlanıb. Sülhün şərtlərinə görə, Albaniya yenidən Sasanilərin hakimiyyəti altına qayıdıb. III əsrin əvvəlində yaranan Sasani (fars) dövləti əvvəlcə Cənubi Azərbaycanı - Atropatenanı, sonra isə Albaniyanı özünə tabe etdirmişdi. Sasanilərlə Bizansın Azərbaycan torpaqları uğrunda mübarizəsi həm də burada atəşpərəstliklə xristianlığı yaymaq uğrunda mübarizə idi.

1783 – Məşhur Amerika yazıçısı, tarixçi Vaşinqton İrvinq (Washington İrving, 1783-1859) anadan olub. Qısa hekayələr müəllifi, esseist kimi tanınıb. Görkəmli insanların (o cümlədən Məhəmməd peyğəmbərin) həyatı haqqında tarixi-bioqrafik əsərlər yazıb.

1908 - Azərbaycanın ilk akademik-filosofu Heydər Nəcəf oğlu Hüseynov (1908-1950) İrəvanda doğulub. Azərbaycan fəlsəfi və ədəbi fikir tarixinə dair tədqiqatların müəllifidir. Əsərləri iki dəfə Stalin mükafatına layiq görülsə də, əleyhdarları onu millətçilikdə ittiham edərək əleyhinə kampaniya başladıblar. 1950-ci ilin yayında intihar edib.

1918 - Tanınmış Ukrayna yazıçısı Oles (Aleksandr Terentyeviç) Qonçar (1918-1995) anadan olub. "Bayraqdarlar", "İnsan və tüfəng", "Tavriya", "Məhəbbət sahili", "Qan damlası" və s. romanların müəllifidir.

1920 — Rus yazıçısı, ssenarist Yuri Markoviç Naqibin (1920-1994) anadan olub.

1924 – Məşhur Amerika aktyoru Marlon Brando (1924-2004) anadan olub. Filmləri: "Limanda" (Terri Marloy, "Oskar" mükafatı, 1954), "Xaç atası" (Don Vito Karleone, "Oskar", 1972), "Parisdə sonuncu tanqo", "Apokalipsis bu gün", "Supermen" və s.

1958 - Amerika aktyoru Alek Bolduin (Alexander Rae Baldwin) anadan olub. "Qızıl qlobus" və "Emmi" mükafatları alıb. Filmləri: "Qırmızı Oktyabr" ovu", "Qaçış", "Hər şeyə hazır", "Perl Harbor".

1961 - Amerikalı komediya aktyoru Eddi Mörfi (Edward Regan Murph) anadan olub.

2001 - ABŞ-ın Florida ştatının Ki Vest şəhərində Azərbaycan-Ermənistan danışıqları öncəsi Dövlət Departamenti Dağlıq Qarabağ münaqişəsinin tarixi ilə bağlı rəsmi bəyanat yayıb. Sənəddə ilk dəfə olaraq Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktı qeyd olunub. Ki Vest sammiti ABŞ dövlət katibi Kolin Pauellin təşəbbüsü ilə keçirilib.

2008 - Tanınmış aktrisa, Əməkdar artist Şəfiqə Qasım qızı Qasımova (5.12.1924 - 2008) vəfat edib. Opera səhnəsində "Arşın mal alan"da Asya, "Sevil"də Gülüş və s. obrazları yaradıb. Musiqili Komediya Teatrında çalışıb. "Ögey ana" (Zeynəb), "Görüş" (pambıqçı qız) və s. filmlərdə çəkilib.