İraqın baş naziri Rusiyaya gəlir

9 Oktyabr 2012 06:03 (UTC+04:00)


İraqın Baş naziri Moskvaya gedir. AzNews.az-ın pravda.ru saytına istinadən verdiyi xəbərə görə, Nuri əl-Malikinin səfəri işgüzar xarakterlidir və dəvət Rusiya prezidenti Vladimir Putindən gəlib.

Verilən məlumata görə, səfər çərçivəsində müzakirə olunacaq məsələlərin dairəsi genişdir. Humanitar, iqtisadi, ticarət və siyasi məsələlər tərəflər arasında əsas müzakirə obyekti olacaq. Rusiya hökuməti İraqda əsasən investisiya qoymaqda maraqlı görünür. Bu sahələrin başında isə energetika sahəsi gəlir. İkinci aparıcı sahə isə, silah satışıdır.

Sadiq Musa
AzNews.az