Kayahanın ölümü Türkiyəni yasa boğdu – 24 min tvitt yazıldı
3 Aprel 2015 13:07 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu ölüm barədə Twitterdə çoxlu şərhlər yazılıb.
Kayahanın vəfatından sonra Twitter başda olmaqla sosial mediada ən çox danışılan mövzu Kayahan olub.
Bir saat içərisində #kayahan adı ilə 24 mindən çox tvitt atılıb.
Onlardan bir neçəsini sizin diqqətinizə çatdırırıq:
MUSTAFA CECELİ
Kayahan Qardaş. Sən yazdın, mən dedim: Ölüm də ayıra bizi.
ERTEM ŞENER
Böyük Usta Kayahanı itirdik. Allah rəhmət eləsin, yeri cənnət olsun. Ailəsinə, ölkəmizə səbr arzulayıram. Başımız sağ olsun.
FETTAH CAN
Böyük Usta Kayahan vəfat etmiş, Allah rəhmət eləsin, yeri cənnət olsun. Ailəsinə və əzizlərinə səbr arzulayıram. Başımız Sağ Olsun.
MEHMET ASLAN
"Otaqlarda isıqsızam". Ruhun sad, məkanın cənnət olsun, böyük usta KAYAHAN.
MUHARREM İNCE
Otaqlarda ışıqsızam. Məkanın cənnət olsun, Kayahan
EGEMEN BAĞIŞ
Kayahan son konsertində pərəstişkarlarına belə vida etdi.
KEMAL DOĞULU
Zamanım gəlib həyat bitincə, bir almanın yarısı olmayacaq! Məkanın cənnət olsun.
ŞEVVAL SAM
Kayahanı itirdik. Ona rəhmət, yaxınlarına səbr arzulayıram.
ERHAN ÇELİK
"Vallah, billahi aləm fani" #kayahan
SERA TOKDEMİR
Adını yazıblar göy üzünə. #kayahan Allah rəhmət eləsin.
DEMET SAĞIROĞLU
Atamız qoyub getdi. Acımız əvəzsiz. #kayahan nurlar içində yat böyük ustam.
SILA GENÇOĞLU
Yolu sevgidən keçən hər kəslə bir gün bir yerdə. Görüşərik Kayahan usta. Nur içində gözəl yuxular.