Rəsmi İrəvandan etiraf: “Cəbhədə 26 erməni hərbçisü ölüb”

3 Aprel 2015 16:03 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "epress" saytı Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin hesabat xarakterli araşdırmasına istinadən yayıb.

"Ölən 26 əsgərdən 19-u döyüş zamanı ölüb. 2 nəfər əsgər yoldaşları tərəfindən öldürülüb, daha 2 nəfər intihar edib. Digərləri isə xəstəlikdən dünyalarını dəyişib", - deyə hesabatda bildirilib.

Qeyd edək ki, Gümrüdə Rusiya hərbi bazasında xidmət edən erməni əsgər Artur Afyan isə itkin düşüb və sonradan onun meyiti tapılıb.