Mart ayının ən yaxşı futbolçusu bəlli oldu - FOTO

3 Aprel 2015 17:58 (UTC+04:00)
AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, martın ən yaxşı məşçqisi "Arsenal"dan Arsen Venger, ən yaxşı futbolçusu isə Olivye Jiru olub. Olivye Jiru ötən ay ərzində 5 qol vurub. "Nyukassl"la oyunda dubl edən forvard "Everton", KPR və "Vest Hem"lə oyunlarda da rəqib torunu silkələməyi bacarıb.

Hazırda 60 xala sahib "Arsenal" İngiltərə Premyer Liqasının turnir cədvəlində 3-cü pillədədir.

Məhz keçən aydakı uğurlu oyunlar seriyası komandanın bu pilləyə qalxmasına səbəb olub.