Filsilən axtarılır – 4000 manat maaş (FOTO)
3 Aprel 2015 19:44 (UTC+04:00)
AzNews.az xəbər verir ki, elana görə, BƏƏ-də heyvanat parkına filsilən tələb olunur. Maaş isə 3500-4000 AZN müəyyən olunub. İş üçün müraciət edən şəxslərdən tələb olunanlar isə, heyvanlara qarşı iyrənmə və allergiyanın olmaması, təmizkarlıq, həssas barmaqlı uzun əllər, Hindistan, Afrika fillərinə qarşı qərəzsiz münasibət, fillərin anatomiyasını bilmək və onların dilini başa düşmək, həmçinin xoş görkəm və təbəssümdür.
Elana görə, filsilənin vəzifələri isə aşağıdakılar olacaq.
1. Marifcilik işi aparmaq, işə məsuliyyətlə yanaşmaq
2. Heyvanat parkına gələn adamlarda loyallıq formalaşdırmaq
3. Fil brendinin tanınmasını və heyvanat parkına gələnlərin sayını çoxaltmaq
4. Fildə ən yaxşı insani hisslərini ara vermədən tərbiyələndirmək
5. Fil eqoist böyüməməlidir
6. "İşə getmək bayrama getmək kimi" prinsipini rəhbər tutmaq
7. Filin bütün hissələrinə eyni hörmətlə yanaşmaq
8. Yaşamasının çətin məqamlarında: doydurma və boşalma zamanı filin gigiyenasını qayğıkeşliklə təmin etmək
9. Kiçik, böyük və nəhəng həcmli təbii tələbatlarını müşaiət etmək
10. Hidravlik 200(iki yüz) litrlik imalə ilə imalələmək qabiliyyətinə malik olmaq
11. Tutduğu vəzifəyə uyğun olmağına görə hər il attestasiyadan keçmək
12. Seminar və treninqlərdə, ixtisas artırma kurslarında iştirak etmək, peşəkarlıq cəmiyyətlərinin üzvü olmaq
13. Yuyucu və təmizləyici vasitələrin saxlama kameralarına hamilik etmək
Filsilənə qadağan edilir:
1. İş yerində söyüş sözlərini işlətmək
2. İcazəsiz peyin satışı ilə məşğul olmaq
3. Fili acıqlandırmaq, utandırmaq və alçaltmaq
4. Şikayət və xahişlərlə zəhlə tökərək, filin əhvali-ruhiyyəsini pozmaq
İş şəraiti:
1. Təmiz havada iş
2. Sosial paket
3. Sabun və şampun xərclərinin ödənilməsi. Duş heyvanat parkının ərazisindədir
4. Filin ön hissəsinin müşahidəsi 50% endirimlə
5. BƏƏ-yə gediş haqqı ödənilir.