Sərnişin qatarı qəzaya düşdü – Türkiyədə (Yaralılar var)

3 Aprel 2015 23:28 (UTC+04:00)


AzNews.az xəbər verir ki, bu haqda məlumatı "Cumhuriyet" qəzeti yayıb.

Hadisə Bakı vaxtı saat 21.00 radələrində İzmir əyalətində qeydə alınıb.

Denizli-İzmir reysilə gedən sərnişin qatarı İzmirin Torbalı bölgəsinin Pancar qatar stansiyasının yaxınlığında relsdən çıxıb.

Hadisə yerinə təcili yardım maşınları və polis əməkdaşları cəlb edilib.

Meydana gələn qəzada yüngül yaralıların olduğu bildirilir.