Keçmiş ANS-çi televiziya rəhbəri olacaq
9 Oktyabr 2012 06:39 (UTC+04:00)
ANS-dəki fəaliyyəti ilə ictimaiyyətdə tanınan, 2010-cu ildə bu televiziyanı tərk etmiş jurnalist Eldəniz Vəliyevə yeni vəzifə təklif olunub.
AzNews.az-a daxil olan məlumata görə, E.Vəliyev bundan sonra APA Qrupun fəaliyyətə başlaması nəzərdə tutulan internet televiziyasına rəhbərlik edəcək. Bu internet televiziyasının yaxın günlərdə fəaliyyətə başlayacağı gözlənilir.
Elnarə Əlosmanqızı
AzNews.az