Bakı kəndlərindən şəhərə gələnlərin işi çətinləşdi

4 Aprel 2015 11:45 (UTC+04:00)


Bunu Trend-ə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, yol aprelin 3-dən 4-nə keçən gecə bağlanıb. Buna səbəb Avropa Oyunları ilə əlaqədar nəzərdə tutulan marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması istiqamətində prospekt boyu nəzərdə tutulan təmir və abadlıq işlərinin aparılmasıdır.

Bu müddət əzində sürücülərə prospektin köməkçi yollarından, Bakının ətraf kənd və qəsəbələrindən şəhər istiqamətinə gələnlərə isə Aeroport-Hövsan beton yolundan istifadə etmələri tövsiyə olunur: "Mərdəkan, Buzovna, Şüvəlan, Zirə, Binə, Qala, Zuğulba, Pirallahıdan şəhər istiqamətinə gələn sürücülərə Aeroport-Hövsan beton yolu ilə hərəkət etmələrini tövsiyə edirik".