Barak Obamaya görə tıxacda doğdu

4 Aprel 2015 12:57 (UTC+04:00)


AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı "WLKY" portalı yayıb.

Hadisə Kentukki ştatının Luisvill şəhərində qeydə alınıb. Hamilə qadın yollar bağlı olduğundan doğum evinə çata bilməyib. Ona doğumda həmin tıxacda qalan tibb bacısı kömək edib.

Yeni doğulan oğlan uşağı ilə ana sonradan xəstəxanaya aparılıb.



Bu olay ABŞ-da böyük əks-səda doğurub. Minlərlə istifadəçi Twitter səhifələrində Ağ Evin sahibini qınayıblar: "Bu, ağlasığmazdır. Obama qadınların hüquqlarının qorunması yolunda çempion oldu".