Prins Harri “İlin adamı” seçildi

9 Oktyabr 2012 07:19 (UTC+04:00)
Britaniyalı Prins Harri krallığın ən çox oxunan jurnalı "Tatler" tərəfindən "İlin adamı" seçilib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, Harrinin təyyarəçi geyimində çəkilmiş fotosu jurnalın üz qabığına həkk edilib.

Jurnalda britaniyalı prins həqiqi döyüşçü, böyük ürəkli insan kimi xarakterizə olunub. Onun Əfqanıstandakı xidmətləri oxuculara xatırladılıb, yaralı döyüş yoldaşlarına necə kömək göstərməsi nümunə kimi göstərilib. Bundan əlavə, onun həyatının ən maraqlı anlarından ibarət fotosessiya da jurnalın oxucularına təqdim edilib.

Qeyd edək ki, prins Harri jurnalların üz qabığında nadir görünən insandır. O əsasən televiziya kanallarında, hərbi geyimdə xidmət apararkən görüntülənir.

Sadiq Musa
AzNews.az