Hüseyn Cavidin oğlunun fortepianoda ifası yayıldı - VİDEO

6 Aprel 2015 17:52 (UTC+04:00)

Hüseyn Cavidin Ev Muzeyi tərəfindən Ə.Cavidin həmin bəstələri CD formatında işıq üzü görüb.

AzNews.az QAZILƏR.az-a istinadən həmin CD-dən Ərtoğrul Cavidin Türkmən Xalq şairi Kəminənin sözlərinə bəstələdiyi "Leylanın vəsfi" musiqisini Ərtoğrul Cavdin öz ifasında təqdim edir.

Qeyd edək ki, Hüseyn Cavid xalq düşməni kimi həbs olunaraq Sibirə sürgün edilərək orada vəfat etmiş, oğlu Ərtoğrul isə istedadının çağlayan bir vaxtında - 24 yaşında atasının ölümündən xəbərsiz şəkildə vərəmdən dünyasını dəyişib. Ərtoğrul qısa bir ömür yaşasa da, ömrünə ədəbiyyatşünas, bəstəkar, musiqişünas və rəssamlıq fəaliyyətini sığdıra bilib.