Dollar düşdü - Rusiyada

7 Aprel 2015 00:05 (UTC+04:00)


Dollar və avronun ucuzlaşması dünya bazarlarında neftin bir barrelinin qiymətinin bahalaşması fonunda baş verir.

Bu fonda rubl 0,3 - 2,2% bahalaşıb.

Qeyd edək ki, ötən ay Moskva birjasında rublun məzənnəsində dollara qarşı kəskin artım müşahidə edilmişdi.

1 dolların məzənnəsi rubla nisbətdə 36 qəpik ucuzlaşaraq 61,10 rubl dəyərində olmuşdu. Ümumiyyətlə son aylar rublun məzənnəsində dollar və avroya qarşı bahalaşma qeydə alınır.