İvanişvili ilk səfərini ABŞ və Azərbaycana edəcək

9 Oktyabr 2012 08:07 (UTC+04:00)


"Gürcüstanda hökumətin dəyişməsi ilə xarici siyasət dəyişmir, bu siyasət davam edəcək". APA-nın xəbərinə görə, bunu Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bu gün keçirdiyi mətbuat konfransında deyib. Səfir Azərbaycanla Gürcüstanın münasibətlərinin bundan sonra da davam edəcəyini, daha da dərinləşəcəyini və inkişaf edəcəyini vurğulayıb: "Bütün istiqamətlərdə münasibətlər davam edəcək. Azərbaycan ABŞ-la birgə Gürcüstanın əsas strateji müttəfiqdir".

T. Şaraşenidze Gürcüstanda yeni hökuməti formalaşdıran və baş nazir kreslosuna əyləşəcək Bidzina İvanişvilinin ilk xarici səfərini ABŞ-a edəcəyini, daha sonra onun Azərbaycana səfərinin təşkil olunacağını açıqlayıb.

AzNews.az