Azərbaycanlı model podiumlara qayıdır - FOTO

9 Oktyabr 2012 08:25 (UTC+04:00)
Türkiyənin tanınmış aktyoru Tolqa Karel ilə ailəli olan və orada yaşayan azərbaycanlı model Günay Musayeva podiuma qayıdıb. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 ay əvvəl ana olan model, bu ayın 25-də keçiriləcək "Best Model Turkey" müsabiqəsinin jurnalı üçün yeni fotosessiya etdirib.

G.Musayeva fotosessiyada Türkiyənin tanınmış modelyeri Tolqa Çamın 2013-cü il kolleksiyasındakı geyimlərini nümayiş etdirib.

Qeyd edək ki, model oğlu Cihangir Canı dünyaya gətirdikdən sonra 28 kiloqram arıqlayıb ki, bu da onun podiuma çıxmasına müsbət şərait yaradıb.

Fuad Mədətov
AzNews.az