Azərbaycan qırıcıları Türkiyədən vətənə döndü - FOTOLAR
7 Aprel 2015 16:18 (UTC+04:00)
AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
İllik hərbi əməkdaşlıq planına əsasən Türkiyə Respublikasında keçirilən "TurAz Şahini 2015" birgə təlimlərində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin təyyarələri Vətənə qayıdıb.
Təlimlərdə iştirak edən şəxsi heyət müxtəlif növ döyüş tapşırıqları, o cümlədən, şərti yaxın hava döyüşləri, birgə hava uçuşları, qəzaya uğramış təyyarənin pilotlarının xilas edilməsi əməliyyatı, şərti düşmənin yer hədəflərinə bomba və top zərbələri endirilməsi və praktiki döyüş atışlarını kompleks şəkildə yerinə yetiriblər.