Nizami rayon prokuroru vəzifədən gedir

9 Oktyabr 2012 08:37 (UTC+04:00)


Bu günlərdə Nizami rayonunun prokuroru Mahir Muradovun vəzifəsindən uzaqlaşdırılacağı xəbəri yayılıb. AzNews.az-a daxil olan məlumata görə, Mahir Muradov bundan sonra fəaliyyətini məhkəmə orqanlarında davam etdirəcək. Onun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi də gələn xəbərlər içərisindədir. Bildirilir ki, bununla bağlı təqdimat Prezident İlham Əliyev tərəfindən edilib. Müvafiq sənəd atıq Milli Məclisdə ilkin baxışdan keçib. Milli Məclisdən əldə etdiyimiz məlumata görə, Parlament məsələyə növbəti plenar iclasda baxacaq.

Qeyd edək ki, Mahir Muradov 2004-cü ildən Nizami rayonunun prokurorudur. O, 2006-cı ildə "Dövlət qulluğunda fərqlənməyə görə medalı" ilə təltif olunub.


Gülnar Ağayeva
AzNews.az