AzTV-dən işdən çıxan Etibar Babayev danışdı: “Elə vaxtında ayrıldıq”

7 Aprel 2015 22:40 (UTC+04:00)


Etibar Babayevin bu olaya münasibəti özünü çox gözlətməyib.

O, AzNews.az-a işdən uzaqlaşmağı haqda bunları bildirib:

"AzTV-dən uzaqlaşmaq fikrim çoxdan var idi. Xeyli vaxt düşünürdüm ki, kənarda bir prodakşn yaradım, film, serial çəkim, tamaşa qoyum. Biz azad insanlarıq. Çıxanların hamısı mənim komandamın üzvləridir. Onsuz da heç bir iş yeri ömürlük deyil. Əgər dövlət qurumunda çalışa bilirsənsə, deməli özəl şirkətdə də işləmək mümkündür".

AzTV-nin keçmiş bədii rəhbəri televiziyada heç kəslə münaqişədə olmadığını da deyib: "AzTV bizim doğma televiziyamızdır. Orda çalışanların hamısı dostlarımızdır. Sadəcə, çıxmağımızda məqsəd yaradıcılıq istiqamətini dəyişmək idi. Misal üçün, serial çəkmək istəyirsən, AzTV-də işləyə-işləyə isə bu ideyanı gerçəkləşdirmək qeyri-mümkündür, çünki gərək əməyini buna yönəldəsən, 2-3 ay bu işlə məşğul olasan. Özəl yerdə işləyəndə isə yaradıcılıq baxımından zamanın olur, ancaq televiziyada daşıdığın vəzifə buna imkan vermir. Əlbəttə, hər işin öz tələbi var. Bu yaşacan işlədik, mənə elə gəlir ki, elə vaxtında da ayrıldıq. AzTV-nin rəhbərliyi ilə də heç bir fikir ayrılığım yoxdur. Bu gün, sabah öz işimizə başlayacağıq".