İlham Əliyev Səudiyyə Ərəbistanının gənclər və idman nazirini qəbul etdi

8 Aprel 2015 15:31 (UTC+04:00)


Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud Azərbaycanda gedən böyük inkişaf proseslərinin şahidi olduğunu, ölkəmizdə ən müasir səviyyədə idman infrastrukturunun yaradıldığını vurğulayıb.

Səudiyyə Ərəbistanına səfərini və Kral Salman bin Əbdüləziz Əl Səudla görüşünü məmnunluqla xatırlayan dövlət başçısı ailəsi ilə birlikdə müqəddəs Kəbədə dua etmək üçün yaradılan yüksək şəraitə görə Səudiyyə Ərəbistanının Kralına minnətdarlığını ifadə edib. Məkkədə, Mədinədə və Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatında olduğunu vurğulayan İlham Əliyev ölkələrimiz arasında əməkdaşlığın və İslam aləmində həmrəyliyin daha da möhkəmləndirilməsində bu səfərin önəmini vurğulayıb. Şahzadə Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səudun Azərbaycana səfərinə toxunan dövlət başçısı bu səfərin ölkələrimiz arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi baxımından rolunu vurğulayıb. Prezident İlham Əliyev, eyni zamanda, səfərin İslam Həmrəyliyi Oyunlarına hazırlıqla bağlı məsələlərin müzakirəsi üçün də yaxşı fürsət yaradacağını bidlirib.