Keçmiş cəbhəçi KXCP-dəki istefalardan danışdı

9 Oktyabr 2012 09:51 (UTC+04:00)
"Müxalifətin durumu çox zəifdir. Müxalif düşərgəni təmsil edən qüvvələrin biri digərindən fərqlənmir. Fərq olmayan yerdə inkişaf da olmaz".

Bu sözləri AzNews.az-a keçmiş cəbhəçi Rəfail Becanov Klassik Xalq Cəbhəsi Partiyasındakı (KXCP) istefalara münasibət bildirərkən deyib. Onun sözlərinə görə, müxalifətdə baş verənlər barədə bir müddət öncə analitik məqalə yazıb: "Yazı bütövlükdə Azərbaycandakı müxalifətin real durumundan bəhs edirdi.

KXCP-dəki bəzi qüvvələr yazıya görə məni ittiham etdilər. Guya hakimiyyət yönlü olmuşam. Amma bütün bunlara əhəmiyyətsiz yanaşdım.

Çünki orada konkret partiyalar haqqında fikir bildirməmişdim. Yazıdakı fikirlərim hazırda da qüvvədədir. Müxalifəti təmsil edən qüvvələr biri digərindən fərqlənmir.

Fərq olmayan yerdə inkişaf da olmaz. Danılmaz faktdır ki, müxalifətin gücü iqtidardan zəifdir. Partiyadakı istefalar da bunu açıq-aşkar sübut etdi".

İlkin Pirəli
AzNews.az window.print();