Üzgüçülərimizdən şad xəbər var

8 Aprel 2015 18:50 (UTC+04:00)
Bu barədə məlumatı AzNews.az-a Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin rəhbəri Məqsəd Rəhimov verib. Onun sözlərinə görə mart ayının sonlarından başlayan təlim məşq toplanışı aprelin 15-dək davam edəcək.

Federasiya rəsmisi onu da bildirib ki, bu yaxınlarda Bаnskа Bistritsа şəhərində keçirilən üzgüçülük üzrə lisenziya xarakterli beynəlxalq turnirdə Azərbaycan idmançıları da iştirak edib və yaxşı nəticələr göstəriblər.

Üzgüçülərimizdən Boris Kirilov 50 və 100 metr məsafədə arxası üstə üzmə üsulunda qızıl medala, 200 metr məsafədə arxası üstə üzmə üsulunda isə gümüş medala sahib olub.

Bundan başqa I Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək milli komandamızın üzvü Qriqoriy Kalinskiy isə 100 metr məsafədə arxası üstə üzmə üsulunda bürünc medala layıq görülüb.

Milli komandamızın xanım üzgüçüləri arasında isə Yulya Tsenyuk 100 metr məsafədə arxası üstə üzmə üsulunda, Alsu Bayramova isə 200 metr batrfley üsulu ilə üzmədə bürünc medallara sahib olublar.

Azərbaycan Üzgüçülük Federasiyasından oun da bildiriblər ki, Slovakiyada təlim məşq toplanışı başa çatdıqdan sonra üzgüçülərimiz aprelin 17-də Çexiyanın Ostrava şəhərində təşkil olunacaq lisenziya xarakterli beynəlxalq turnirə yollanacaqlar.