“Azərsu” daxilində yeni qurum

9 Oktyabr 2012 10:12 (UTC+04:00)
"Azərsu" ASC-nin nəzdində təsərrüfat hesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti yaradılıb. AzNews.az-ın verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

Qərara əsasən, yeni qurumun yaradılması "Azərsu" ASC tərəfindən ölkədə aparılan tikinti işlərinin təsdiq edilən layihə-smeta sənədlərinə uyğun həyata keçirilməsinə nəzarətin təmin edilməsi məqsədi daşıyır.

Qərar, eyni zamanda, əsaslı vəsait qoyuluşu üzrə dövlət büdcəsindən və digər maliyyə mənbələrindən ayrılmış vəsaitin idarə edilməsinin səmərəliliyinin artırılması, habelə tikinti prosesində ortaya çıxan məsələlərin operativ həll edilməsini nəzərdə tutur.

Sevinc Fədai
AzNews.az