Keçmiş prezidenti öldürənə - 20 kq qızıl

9 Aprel 2015 15:22 (UTC+04:00)


AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, "Əl-Qaidə" terrorçuları Yəməndə üsyançıların lideri Abdel Malik əl-Hutinin və ya Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin tutulması və ya öldürülməsinə görə 20 kq qızıl vəd edib. Mükafat barədə elan ekstremistlərin saytlarında yerləşdirilib.

Xatırladaq ki, "Əl-Qaidə" terror qruplaşmasının silahlıları Yəməndə fəal döyüş əməliyyatları həyata keçirirlər.

Aydan Axundova