Görüşdülər...

9 Oktyabr 2012 10:25 (UTC+04:00)


Bidzin İvanişvili Saakaşvili ilə görüşdən sonra ölkənin xarici siyasi kursu ilə bağlı açıqlama verib. AzNews.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, İvanişvili bildirib ki, onun xarici siyasi xətti Saakaşvili ilə eynilik təşkil edir. "Mən ölkəni NATO və Avropa Birliyinə yaxınlaşdırmaq xətti tutmuşam.". O, həmçinin əlavə edib ki, Gürcüstan bir müddətdən sonra NATO-nun üzvü olacaq.

Ivanişvili görüşlə bağlı təəssüratlarını da dilə gətirib. O, qeyd edib ki, bizim görüşümüz bir daha sübut edir ki, biz mədəni xalqıq.

Sadiq Musa
AzNews.az