İran hərbi gəmiləri okeanlara çıxır

9 Oktyabr 2012 10:28 (UTC+04:00)
İran hərbi dəniz qüvvələri Atlantik, Hind, və Sakit okeanında üzməyə hazırdır. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri hərbi məktəbin 78-ci illiyi münasibətilə təşkil olunmuş tədbirdə admiral Həbibulla Sayari səsləndirib.

Onun sözlərinə görə, onlar bütün texniki və digər məsələləri həll ediblər sadəcə bu barədə dövlət başçısının göstərişi lazımdır. Sayari həmçinin qeyd edib ki, dünya okeanı heç bir dövlətin şəxsi mülkiyyəti deyil və İran öz maraqlarını müdafiə etmək məqsədilə açıq sularda hərbi gəmilər saxlayacaq.

Sadiq Musa
AzNews.az