Daha bir jurnalist icazəsiz Qarabağa getdi

10 Aprel 2015 19:10 (UTC+04:00)


Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, qəzetin əməkdaşı Elza Baymuxametova Dağlıq Qarabağa qanunsuz səfər edərək işğal olunan Azərbaycan torpaqları ilə bağlı öz təəssüratlarını bölüşüb.

O, Dağlıq Qarabağın müdafiə naziri Movses Akopyan və digər vəzifəli şəxslərlə görüşlər keçirib. Bir neçə gün öncə ABŞ-ın "New York Times" qəzetinin əməkdaşı Set Koqel Dağlıq Qarabağa rəsmi Bakının icazəsi olmadan səfər etdiyi üçün adı"qara siyahı"ya salınıb.