4,7 milyon manatlıq yol istifadəyə verildi - Foto

11 Aprel 2015 13:02 (UTC+04:00)
AzNews.az AzərTac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev yolun açılışını bildirən lenti kəsib.

Bildirilib ki, Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi üçün prezident İlham Əliyev 2013-cü ildə müvafiq Sərəncam imzalayıb və Prezidentin Ehtiyat Fondundan ilkin olaraq 2 milyon manat ayrılıb. Ötən il dövlət başçısı imzaladığı digər Sərəncamla 2014-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,7 milyon manatı bu yolun inşasına yönəldilib.

Tikintisinə 2013-cü ildə başlanan avtomobil yolunda işlər artıq başa çatıb. Uzunluğu 21 kilometr olan bu yoldan 21 yaşayış məntəqəsinin 12 min nəfər əhalisi istifadə edir.